XX əsrin 70-80-ci illərində maestro Niyazinin təşəbbüsü ilə həmişə sentyabrın 18-i böyük bəstəkar Üzeyir Hacıbəylinin anadan olduğu gün kimi respublikamızda xüsusi təntənə ilə qeyd edilirdi.
18 sentyabr - Milli Musiqi Günü münasibətilə bu gün Azərbaycanın mədəniyyət və turizm naziri Əblüfəs Qarayev və bir qrup mədəniyyət xadimi Fəxri xiyabanda dahi bəstəkar Üzeyir Hacıbəylinin məzarını ziyarət ediblər.