Вход Главная Чат Мы На Raidcalle Форум Связь С Нами Онлайн игры Ваша

Меню сайта


Категории раздела


Мини-чат


Наш опрос
Оцените мой сайт
Всего ответов: 2


Статистика
Рейтинг@Mail.ru
Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0


Форма входа
Привет: Гость

Гость, мы рады вас видеть. Пожалуйста зарегистрируйтесь или авторизуйтесь!


Каталог файлов.
Главная » Файлы » Новости » Культура

"Hər xalq layiq olduğu teatra baxır"
19.09.2012, 03:52













Artıq Azərbaycan Milli Peşəkar Teatrı 140-cı mövsümünə qədəm qoyub. Uzun və keşməkeşli tarixə malik bu sənət növü haqqında teatrşünas, tənqidçi, sənətşünaslıq elmləri namizədi Aydın Talıbzadə "Azadinform”a fikrilərini bölüşüb.

- Azərbaycan teatrı hansı dövrünü yaşayır?

- Yenidən təşkilatlanma, yenidən qurulma, yenidən özünüdərketmə.

- Azərbaycan teatrının ən parlaq dövrü nə zaman olub?

- Ən parlaq dövr keçən əsrin 20-40-cı illərdir, bu illərdə Rus Dram, Opera və Balet teatrları yaradıldı, bir çox sənətkar məhz bu səhnədən parladı. Teatrımızın ən ajiotajlı dövr isə 60-cı illərdir. Bu müddətdə sənət ocaqlarımızda sanki yeni ideyalar uğrunda mübarizə dövrü başladı.

- Azərbaycan teatrının dünya teatrında neçə addım geridir?

- Bütün teatrlar paralel yaşayırlar, ancaq başqa-başqa parametrlərdə. Lakin... bununla belə... hər teatr öz xalqına görə mövcuddur və hər xalq öz teatrını sevir, öz teatrına alışıb və hətta... hər xalq layiq olduğu teatra baxır. Azərbaycan teatrını dünya teatrı ilə müqayisə olunmur və bu, çox fəna bir yoldur. Lakin bu o demək deyil ki, biz dünya teatrında nə baş verdiyinə göz yumaq, nəyisə öyrənməyək, nəyisə mənimsəməyək. Ancaq biz həmişə düşüncə metodologiyalarının necə dəyişdiyini hədəfdə saxlamalıyıq.

- Azərbaycan teatrında nəyə ehtiyac var?

- İdeyalara, yaxşı əsərlərə və peşəkarlara.

- Teatrımızın kifayət qədər tamaşaçısı varmı?

- Təsadüfi seyrçilər çoxdur, teatra mütəmadi gələn tamaşaçılar isə az.

- Azərbaycan aktyorlarında nə çatmır?

- Göründüyün kimi olmaq, olduğun kimi görünmək.

- Azərbaycanda ən məhsuldar, özünəməxsus teatr hansıdır?

- Ən məhsuldar Gənc Tamaşaçılar Teatrıdır, ən özünəməxsus – Pantomim Teatrı. Gənc Tamaşaçılar Teatrı müxtəlif yaş kateqoriyalarına uyğun tamaşalar hazırlayır, aktyor heyəti, yaradıcı potensialı tədqirəlayiqdir. Pantomim Teatrı isə Azərbaycanda ilk jestlər və mimikalarla tamaşalar səhnələşdirən sənət ocağıdır. Yarandıqları ilk gündən maraq dairələrini və tamaşaçı auditoriyalarını qoruyub saxlaya biliblər.

- Bölgə teatrlarının vəziyyətini necə qiymətləndirirsiniz?

- Bütün Azərbaycan teatrlarına eyni dərəcədə dövlət qayğısı var. Şəki Teatrı istər ölkədaxili, istərsə də xarici ölkələrə qastrol səfərləri, festivallarda aktiv iştirakı ilə seçilir.

- Teatrı populyar sənət növü etmək lazımdır, yoxsa o hər zaman elitar sənət növü olaraq qalmalıdır?

- Sizə bir misal çəkim. Federiko Fellininin "Kabiriyanın gecələri” filmini hamı bəyənir, gənc də, cavan da, yaşlı da, qoca da, fəhlə də, alim də, kino sənətçisi də. Onun "Səkkiz yarım” filmini isə yalnız intellektuallar və professionallar sevirlər. Əsl sənət hamınındır. Ayrı cür desəm, əsl sənət hamıya açıq və aydın olmalıdır. Mən həmişə Andre Bretonun fikrini təkrar eləməkdən yorulmuram. O deyirdi ki, mənə aydın olmayan filosof yaramaz adamdır. "Sənət sənət üçündür” nəzəriyyəsi fiksiyadır. Bir şey ki, satılır və alınır, özü-özü üçün ola bilməz.

- Sosial mənsubiyyətindən, tutduğu mövqedən asılı olmayaraq hər kəs teatra getməlidirmi?

- Təbii ki, yox. Amma Sizə bir faktı deyim: bizim evimizdə böyüklərimiz danışardılar ki, insanlar rayondan, kənddən axışıb gələrdilər köhnə "Azdrama”da (Akademik Millii Dram Teatrı-red.) tamaşalara baxmağa. Yaxşı sənət hamını özünə cəlb edir. Teatra gəlmək isə azad seçimdir. Teatr elə tamaşa hazırlamalıdır ki, seyrçi öz manatlarından keçib teatra gəlsin. Bax, Piter Brukun dediyi, həqiqi canlı teatr budur.

- Niyə tamaşalarımız haqqında sərt tənqidi yazılar yoxdur?

- Mən hələ gördüklərimin dördə birin yazmıram, karına bax! Sən tənqid yazmırsan, tamaşanı təhlil eləyirsən və bu əsnada hansısa nöqsanları deyirsən, kimlərəsə irad tutursan və olursan pis adam. Səhərisi səni yolda görəndə üzlərini yana çevirirlər. Bir rejissor Milli Teatrın qarşısında mənimlə söhbətləşib dedi ki, "ay Aydın müəllim, tənqidi məqalələr yazın, biz tamaşaların təhlilini görmək istəyirik” və sair və i.a. buna oxşar şeylər. Və mən onun tamaşası haqqında bir məqalə yazdım və bununla da sanki qurbağa gölünə daş atdılar. Əgər bir sorğu keçirsəniz, teatr aləmində məndən incik o qədər adam tapılacaq ki... (gülür)

- Niyə teatr tənqidi inkişaf etmir?

- Tənqid çox çətin bir sahədir. O qədər olub ki, mən xoş niyyətlə məqalə yazmışam, amma deyiblər ki, "Aydın, yenə bizi tənqid eləyir”. Lakin Aliyə Dadaşova, Fəridə Cəlilova, Aygün Süleymanova, Elçin Cəfərov, Könül Əfqan kimi gənc teatr yazarlarımız və tədqiqatçılarımız var. Onlar çox aktiv və səmərəli işləyirlər. 5 il bundan öncə mən bu qədər gənc və ya cavan teatr yazarının adını çəkə bilməzdim.

- Azərbaycanda bütün rollar ona uyğun olan aktyorlara verilirmi?

- Rol bölgüsü rejissorun işidir. Mən rejissorun işinə qarışmıram. Onların da bundan heç vaxt xoşu gəlməz. Ola bilsin ki, sözarası yüngülcə kiminsə fikrini hansı səmtəsə yönləndirəm, vəssalam. Mən öz yaradıcılıq laboratoriyama heç kimi buraxmadığım kimi onlar da öz yaradıcılıq laboratoriyalarına bir kimsəni buraxmaq istəmirlər. Nadir istisnalardan başqa.

- Sizcə Azərbaycan teatrında monopoliya varmı, yəni hər rejissorun daim işlədiyi aktyorlar?

- Buna "monopoliya” deməzlər. Sadəcə, idealda hər rejissorun öz aktyor komandası olur və bu, normal bir haldır.

- Nə zaman bizdə bütün dünyaya səs salan beynəlxalq teatr festivalı keçiriləcək?

- Bizdə çox gözəl I Beynəlxalq Teatr Festivalı keçirildi. Dünyanın ən populyar veb-jurnalı "Kritikal-steyj” mənim bu festival barədə məqaləmi dərc elədi. Gələn il II Bakı Beynəlxalq Kukla Teatrları Festivalı keçirmək planlaşdırılır. Festivalın dünyaya səs salması üçün onun minimum 10, maksimum 50 yaşı olmalıdır.

- Pul olan yerdə maraq da olur. Teatrı biznes sahəsinə çevirmək olarmı, yəni ki, səs salan tamaşa hazırlayırsan və biletlərin qiyməti də kifayət qədər olur, tamaşaların sponsorları ortaya çıxır?

- Bu iş prinsipi Brodveyə yarayır, Bakıya yox. Mən şahidi olmuşam, teatr Azərbaycanda dövlət qayğısından, onun himayəsindən kənarda qalanda taleyi tükdən asılı olur. Hərçənd Tənqid-Təbliğ Teatrının, "Bu şəhərdə” formatı göstərir ki, bilet puluna da yaşayıb səhnəyə çıxmaq mümkündür. Ancaq bu variant müəyyən tarixi keçmişə malik gəlişmiş teatrlar üçün keçərli sayılmır.

- Höte "Teatr itirilmiş idealların səhnədən eşidilən fəryadıdır......” deyir. Onun bu fikri hazırda hansı Azərbaycan teatrına şamil oluna bilər?!

- Köhnəlmiş və maraqsız fikirdir, müasir teatr, müasir toplum üçün işləmir. Və nə yaxşı ki, Azərbaycan teatrlarından heç birinə şamil edilə bilməz.

- Kino aktyorlarının özlərini teatrda sınamalarına və ya teatr aktyorlarının özlərini kinoda sınamalarına necə baxırsınız, bu aktyoru inkişaf etdirir, yoxsa birtərəfli tam inkişafın qarşısını alır?

- Teatrda və kino meydançasında oynamaq fərqli-fərqli şeylərdir. Həsən Məmmədov kimi çox istedadlı bir kino aktyoru səhnədə baxılmırdı və əlacsız görünürdü. Həsən Turabov isə həm orda, həm burda əvəzsiz oyun sərgiləyirdi. Elə teatr aktyoru var ki, kino meydançada o öz imkanlarından qat-qat aşağı oyun nümayiş etdirir. Məsələn, Hökumə Qurbanova, Məmmədrza Şeyxzamanov, hətta Əli Zeynalovun özü belə aktyorlardan sayılıblar. Bilirsiniz, aktyor universal olmalıdır: televiziya, kino, radio, məncə, aktyor bunların heç birindən imtina etməməlidir. Mark Zaxarov deyirdi ki, mənim aktyorlarım filmlərdə məşhurluq qazandıqca mənim teatrımın reytinqi artır. Əsas işin keyfiyyətidir. Aktyoru çərçivəyə salmaq, onun qarşısına qadağalar qoymaq - bu, artıq keçmiş epoxadır. Bununla yanaşı, aktyor istedadları sarıdan Azərbaycan teatrı həmişə bol olub. Müasir Azərbaycan teatrında yaddaqalan aktyorlar hər teatrda var. Adları çəksəm, qədərincə mükəmməl bir siyahı alınar.

Категория: Культура | Добавил: N_E_O | Теги: Hər xalq layiq olduğu teatra baxır
Просмотров: 333 | Загрузок: 0 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
avatar
 


Время


ОНЛАЙН ФИЛИМЫ


Новости


Поиск


Друзья сайта
  • Diadora Qadın Dünyası
  • Pw-AnGeLs.Clan.Su