Вход Главная Чат Мы На Raidcalle Форум Связь С Нами Онлайн игры Ваша

Меню сайта


Категории раздела


Мини-чат


Наш опрос
Оцените мой сайт
Всего ответов: 2


Статистика
Рейтинг@Mail.ru
Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0


Форма входа
Привет: Гость

Гость, мы рады вас видеть. Пожалуйста зарегистрируйтесь или авторизуйтесь!


Каталог файлов.
Главная » Файлы » Новости » Культура

"Üzeyir Hacıbəyli - 127" - CD albom işıq üzü görüb
19.09.2012, 05:17

Milli.Az xəbər verir ki, Azərbaycan professional musiqisinin banisi, dahi Üzeyir Hacıbəylinin anadan olmasının 127 illiyi ilə əlaqədar Azərbaycanın tanınmış vokalçısı, Azərbaycan Televiziya və Radiosunun musiqi kollektivlərinin bədii rəhbəri Ramil Qasımovun Üzeyir Hacıbəylinin vokal əsərlərindən ibarət musiqi albomu işıq üzü görüb.

CD topluda Üzeyir bəyin "O olmasın, bu olsun”, "Arşın mal alan”, "Koroğlu” operasından ariya və duetlər, bəstəkarın romansları, həmçinin hərbi vətənpərvərlik mövzusunda yazdığı əsərlər öz əksini tapıb.

Üzeyir Hacıbəyliyə həsr etdiyi yeni diskini şərh edərkən Ramil Qasımov bunları deyib: "Üzeyir bəyin əsərlərindən ibarət böyük bir toplu çıxarmaq mənim çoxdankı arzum idi. Qüdrətli Azərbaycanımız günü-gündən inkişaf edir. Hər bir insan dövlətinə və cəmiyyətinə faydalı olmağa çalışmalıdır.

O cümlədən də mən. Azərbaycan professional musiqisinin banisi, dahi Üzeyir bəyin əsərlərinin ilk gənc iştirakçısı və ifaçısı kimi deyə bilərəm ki, böyük qürur hissi keçirirəm. 15 yaşımda mənə tarixdə "O olmasın, bu olsun”da Sərvər, "Arşın mal alan”da Əsgər, həmçinin 26 yaşında "Koroğlu”da Koroğlu obrazını ifa etmək nəsib olub”.

R.Qasımov deyib ki, Üzeyir bəyin əsərlərinin CD albomunu çıxarmaqda məqsəd Azərbaycanın hüdudlarından kənarda olarkən professional musiqimizi təbliğ və təqdim etməkdir.

Категория: Культура | Добавил: N_E_O | Теги: Üzeyir Hacıbəyli - 127 - CD albom i
Просмотров: 285 | Загрузок: 0 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
avatar
 


Время


ОНЛАЙН ФИЛИМЫ


Новости


Поиск


Друзья сайта
  • Diadora Qadın Dünyası
  • Pw-AnGeLs.Clan.Su