Böyük Səkkizlik ölkələrinin sammiti sona çatıb. Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama Böyük Səkkizlik ölkələrinin sammitinin yekunu olaraq mətbuat konfransında çıxış edib.
Obama sammitdə iqtisadi inkişafın və vətəndaşların iş yerləri təmin edilməsinin prioritet məsələlər olması ilə bağlı liderlərlə razılağa gəldiklərini bildirib. "Stabil və iqtisadiyyatı aratan qrafik üzrə inkişaf edən Avropa görmək hər kəsin, həmçinin, Amerikanın marağındadır. Avropa maliyyə böhranını aradan qaldırmaq üçün mühim addımlar atıb. Ölkələr həm fərdi olaraq, həm də, ümumilikdə, Avropa Birliyi olaraq uzunmüddətli inkişaf xəttini təmin etmək məqsədilə ciddi islahatlar həyata keçirib. Bunun nəticəsi olaraq burada bu inkişaf xəttini qorumaq və daha da inkişaf etdirmək üçün ümumi razılıq əldə etdik".
Çıxışı zamanı Obama, eyni zamanda, Əfqanıstan, Yaxın Şərq və Şimali Afrika ilə də bağlı fikir səsləndirib. Ağ ev rəhbəri qeyd edib ki, liderlər Əfqanıstanın iqtisadiyyatına müntəzəm olaraq dəstək göstərməklə bağlı müzakirələr aparıblar. Onun sözlərinə görə, Yaxın Şərq və Şimali Afrikada demokratik yolla hakimiyyətin dəyişməsi məsələləri ilə də bağlı tərəfdaşlar arasında fikir mübadilələri olub.
"Dünya bazarında neft təchizatı strukturunun pozulması ilə əlaqədər olaraq biz dünya üzrə enerji mənbələrində monitorinqlər aparmağa qərar vermişik".