"Moody’s” Beynəlxalq reytinq agentliyi İtaliyanın 13 maliyyə təşkilatı və bankının reytinqlərini iki pillə aşağı salıb. Agentliyin bu təşkilatların reytinqini aşağı salması ölkə qiymətli kağızlarının dəyərinin azalması ilə bağlıdır.
Ekspertlərin fikrincə, yaxın zamanlarda İtaliya böyük iqtisadi çətinliklərlə üzləşə bilər. Bu halda hökumət banklara lazımi yardımı göstərə bilməyəcək.