Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Suriya ilə bağlı şərh verib. O bildirib ki, Ərəb Liqası və BMT-nin Suriya böhranı üzrə səfiri Kofi Annanın 6 əsaslı sülh planı Suriya hökumətinin ölkədə zülmə son qoyması üçün axırıncı şansıdır. Onun sözlərinə görə, rəsmi Dəməşq bu planları gecikdirmədən qəbul etməlidir.
"Bu, Suriya rejiminin yerinə yetirməli olduğu minimum şərtlərdir. Mən Rusiya prezidenti Dmitri Medvedevin fikri ilə tamamilə razıyam. Bu onların sonuncu şanslarıdır. Rejim başa düşməldir ki, əgər onlar bu şansı əldən versələr, o halda beynəlxaq ictimaiyyətin sərt ölçüləri ilə qarşılaşacaqlar. Təəssüf ki, BMT indiyə kimi Suriyaya ciddi ismarıc verməyib. Lakin onlar da elə bilməsinlər ki, BMT bu işdə onlara əngəl ola bilməyəcək. Müasir dövrdə bu cür davranışlar qəbuledilməzdir" - deyə Davudoğlu fikirini ifadə edib.