Çin hər iki Sudanı zorakılığa son qoymağa və münaqişənin sülh yolu ilə həll etməyə çağırır. Bu barədə Çin Xalq Respublikasının lideri Xyu Sintau Cənubi Sudan prezidenti ilə görüşü zamanı bildirib.
Çin Ssudan neftinin əsas istehlakçısı olaraq, bu Afrika ölkəsində infrastrukturun qurulmasına külli miqdarda pul ayırıb. Halbuki qonşu ölkələr arasında döyüşlərin başlanması neft ixracı baxımından Pekini çətin vəziyyətdə qoyub. Sudan və Cənubi Sudanın Çinlə münasibətlərə böyük əhəmiyyət verməsindən istifadə edən, rəsmi Pekin qonşu ölkələri barışdırmaq təşəbbüsü öz üzərinə götürüb.
İki qonşu Sudan artıq bir neçə həftədir ki, böyük müharibənin astanasındadır. Bir həftə əvvəl Cənubi Sudan qoşunları şimal qonşusunun sərhədlərini keçərək neftlə zəngin Hiclic vilayətini ələ keçirib. Silahlı toqquşmalardan sonra cənub qonşuları geri çəkilsə də, tərəflər arasında qarşıdurma davam edir.