"Porsche” korporasiyasının fəxri prezidenti Ferdinand Aleksandr Porşe vəfat edib. Xəbəri doğrulayan "Porsche” idarə heyətinin sədri Mattias Müller Porşenin 76 yaşında Avstriyanın Zalsburq şəhərində vəfat etdiyini deyib. Çox kədərli olduqlarını deyən Müller cənab Porşenin şirkətə dizayn mədəniyyəti qazandırdığını qeyd edib.
Qeyd edək ki, Ferdinand Aleksandr Porşe bütün dünyada "Porsche-911”in dizayneri kimi məşhurdur.