Вход Главная Чат Мы На Raidcalle Форум Связь С Нами Онлайн игры Ваша

Меню сайта


Категории раздела


Мини-чат


Наш опрос
Оцените мой сайт
Всего ответов: 2


Статистика
Рейтинг@Mail.ru
Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0


Форма входа
Привет: Гость

Гость, мы рады вас видеть. Пожалуйста зарегистрируйтесь или авторизуйтесь!


Каталог файлов.
Главная » Файлы » Новости » В мире

HP planşet istehsalına qayıdır
14.09.2012, 06:28
"Hewlett-Packard” (HP) şirkəti cari ildə planşetlərin istehsalını bərpa edəcəyini rəsmən bəyan edib. Lakin şirkətin planlarına webOS əməliyyat sisteminin bazasında işləyən qurğuların istehsalı daxil deyil, çünki HP bazara yeni "Microsoft Windows 8” platforması əsasında planşetlər təqdim etməyə hazırlaşır.

ANS PRESS-in "DailyComm” saytına istinadən verdiyi məlumata görə, 2011-ci ildə tələbatın aşağı olması səbəbindən istehsalçı webOS əməliyyat sisteminin idarəetməsi ilə işləyən "TouchPad” planşetlərinin istehsalını dayandırmaq məcburiyyətində qalmışdı. Sonradan şirkət webOS-un başlanğıc kodunu açmaq və onu "Open Source” layihəsinə çevirmək niyyətində olduğunu bildirib.

Lakin KİV-də tez-tez HP-nin planşetlər bazarına qayıtması planları barədə məlumatlar yer alırdı . Bu yaxınlarda şirkətin baş direktoru Meq Uitman Şanxayda keçirilən "Global Influencer Summit 2012” konfransında çıxışı zamanı bildirib ki, planşetlərin istehsalı şirkət üçün strateji baxımdan mühüm addımdır ki, bunun sayəsində istehsalçı öz satışlarını artıra bilər. Sonradan çıxış etmiş şirkətin vitse-prezidenti Tod Bredli yeni HP planşetləri üçün əməliyyat sistemi qismində Microsoft-un yeni platformasından istifadə etməyin planlaşdırıldığını açıq şəkildə qeyd edib.
Категория: В мире | Добавил: N_E_O | Теги: HP planşet istehsalına qayıdır www.
Просмотров: 322 | Загрузок: 0 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
avatar
 


Время


ОНЛАЙН ФИЛИМЫ


Новости


Поиск


Друзья сайта
  • Diadora Qadın Dünyası
  • Pw-AnGeLs.Clan.Su