Вход Главная Чат Мы На Raidcalle Форум Связь С Нами Онлайн игры Ваша

Меню сайта


Категории раздела


Мини-чат


Наш опрос
Оцените мой сайт
Всего ответов: 2


Статистика
Рейтинг@Mail.ru
Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0


Форма входа
Привет: Гость

Гость, мы рады вас видеть. Пожалуйста зарегистрируйтесь или авторизуйтесь!


Каталог файлов.
Главная » Файлы » Новости » ежедневные новости

Rusiya səfiri XİN-ə çağırıldı
19.09.2012, 05:54

Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılaraq, nazir müavini Xələf Xələfov tərəfindən qəbul edilib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, görüşdə X.Xələfov Rusiya səfirinə bu ilin 14 sentyabr tarixində Moskva şəhər meriyasının icazəsi və "Rus-Erməni Birliyi"nin təşkilatçılığı ilə Moskva şəhərində Ramil Səfərovun əfv edilməsinə qarşı keçirilmiş aksiyada Rusiya Dövlət Şurası və Dövlət Dumasının üzvü Vladimir Jirinovskinin Azərbaycan xalqına qarşı terrora, cinayətə, milli ədavətə və düşmənçiliyə təhrik edən təxribatçı və məsuliyyətsiz çağırışı ilə bağlı qəti etiraz bildirib.

Həmçinin nazir müavini sözügedən məsuliyyətsiz çağırışın iki ölkə arasında mövcud əməkdaşlıq və dostluq münasibətlərinə kölgə saldığını qeyd edib. Vurğulanıb ki, belə bəyanatlar Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlarda ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Rusiyanın vasitəçilik missiyasına zərbə vurur.

Xələf Xələfov V.Jirinovskinin məsuliyyətsiz bəyanatına Rusiyanın hakimiyyət strukturları tərəfindən müvafiq qiymətin veriləcəyinə ümidvar olduğunu bildirib.

Görüşün sonunda Azərbaycan tərəfinin etiraz notası Rusiya səfirinə təqdim olunub.

Категория: ежедневные новости | Добавил: N_E_O | Теги: Rusiya səfiri XİN-ə çağırıldı www.f
Просмотров: 235 | Загрузок: 0 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
avatar
 


Время


ОНЛАЙН ФИЛИМЫ


Новости


Поиск


Друзья сайта
  • Diadora Qadın Dünyası
  • Pw-AnGeLs.Clan.Su