Вход Главная Чат Мы На Raidcalle Форум Связь С Нами Онлайн игры Ваша

Меню сайта


Категории раздела


Мини-чат


Наш опрос
Оцените мой сайт
Всего ответов: 2


Статистика
Рейтинг@Mail.ru
Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0


Форма входа
Привет: Гость

Гость, мы рады вас видеть. Пожалуйста зарегистрируйтесь или авторизуйтесь!


Каталог файлов.
Главная » Файлы » Новости » ежедневные новости

Hərbçilərin maşının aşmasının günahkarı DYP maşınıdır?
19.09.2012, 05:42

"Mən gəlirdim. Qabaqda 350 nömrəli DYP maşını gedirdi. "Mercedes”in dalınca düşmüşdü. DYP əməkdaşlarının izlədiyi maşın hərbçilərin avtomobilini vurdu, o da aşdı. Həmin DYP maşını isə hadisə yerindən uzaqlaşdı”. Bunu ANS-ə müsahibəsində ötən gecə Yasamal rayonu ərazisində 8 hərbçinin yaralandığı qəzanın şahidi Ayan İsmayılova deyib. Şahidlərin iddialarına görə, qaydanı pozan "Mercedes”in yol polisi tərəfindən təqib edilməsi ağır qəzaya səbəb olub. Belə ki, polis əməkdaşlarından qaçmaq istəyən minik maşını isərisində əsgər və zabitlərin olduğu UAZ markalı avtomobilə çırpılıb. Zərbədən aşan UAZ-dakı əsgər və habitlər xəsarət alıblar. Onlar Müdafiə Nazirliyinə məxsus Təlim-tədris Mərkəzinə növbə dəyişməyə gedirlərmiş. Toqquşmadan sonra yoldan çıxan "Mercedes” kənarda dayanan başqa maşina da çırpılıb.

Şəhər Kliniki Xəstəxanasından verilən məlumata görə, ora 8 yaralı aparılıb. İlkin tibbi yardımdan sonra yaralı hərbçilər hərbi hospitala köçürülüblər. "Mercedes”in sürücüsü Məcidov Vüsal Sultan oğluna da Şəhər Kliniki Xəstəxanasında yardım göstərilib.

Dövlət Yol Polisi İdarəsi və Yasamal rayon Polis İdarəsi şahidlərin qəzaya DYP əməkdaşlarının qanunvericiliyi pozmasının səbəb olması barədə iddialarına münasibət bildirməyib.

Ekspertlər isə bildirir ki, yol polisi avtomobilinin başqa maşını qovması qanunla yolverilməzdir. Hüquqşünas Rafiq Allahverdiyevin sözlərinə görə, sürücü yol hərəkəti qaydalarını pozsa belə, DYP əməkdaşlarını onu qovmamalıdırlar: "Bu, qanunda nəzərdə tutulmayıb. DYP əməkdaşları həmin maşının nömrəsini götürməlidirlər və cərimə təyin olunmalıdır. Əks təqdirdə, yol polisi əməkdaşı inzibati məsuliyyətə cəlb olunmalıdır”.

Hadisənin dəqiq səbəbini isə araşdırmalar və müşahidə kameralarındakı görüntülər göstərəcək.

Категория: ежедневные новости | Добавил: N_E_O | Теги: Hərbçilərin maşının aşmasının günah
Просмотров: 297 | Загрузок: 0 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
avatar
 


Время


ОНЛАЙН ФИЛИМЫ


Новости


Поиск


Друзья сайта
  • Diadora Qadın Dünyası
  • Pw-AnGeLs.Clan.Su