Вход Главная Чат Мы На Raidcalle Форум Связь С Нами Онлайн игры Ваша

Меню сайта


Категории раздела


Мини-чат


Наш опрос
Оцените мой сайт
Всего ответов: 2


Статистика
Рейтинг@Mail.ru
Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0


Форма входа
Привет: Гость

Гость, мы рады вас видеть. Пожалуйста зарегистрируйтесь или авторизуйтесь!


Каталог файлов.
Главная » Файлы » Новости » ежедневные новости

Azərbaycanın fövqəladə hallar naziri Avstriyada səfərdə olub
19.09.2012, 05:47

Sentyabrın 17-18-də fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun başçılıq etdiyi nümayəndə heyəti Avstriyada rəsmi səfərdə olub.

Səfərin ilk günü nümayəndə heyəti qərargahı Vyanada yerləşən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş Konfransının 56-cı sessiyasında iştirak etmiş, bir sıra görüşlər keçirib.

Səfərin ikinci günü Avstriya tərəfi ilə ikitərəfli görüşlərə həsr olunub. İlk olaraq nümayəndə heyəti Avstriya Federal Daxili İşlər Nazirliyinin tərkibində yerləşən Əməliyyat və Böhran Koordinasiyası Mərkəzi ilə tanış olub. Qeyd edilib ki, mərkəz ölkə ərazisində və xaricdə baş verən təbii və texnogen fəlakətlər, genişmiqyaslı qəza və digər fövqəladə halların qarşısının alınması üçün bütün müvafiq qurumların bir mərkəzdən idarə olunmasını təmin edən struktur kimi 2006-cı ildə yaradılıb. Təqdimat zamanı mərkəzin fəaliyyəti, iş rejiminin təşkili, əhatə etdiyi sahələr, strukturları, əhalinin fövqəladə hadisələr barədə məlumatlandırılması metodları barədə məlumat verilib.

Sonra fövqəladə hallar naziri və Avstriyanın federal daxili işlər naziri, xanım Yohanna Milk-Laytner arasında ikitərəfli görüş keçirilib. Görüş zamanı hər iki nazirlik, onların eyni təyinatlı strukturları barədə məlumat verilib, nazirliklər arasında imzalanması nəzərdə tutulan fövqəladə vəziyyət zamanı qarşılıqlı yardım haqqında saziş üzərində işin yekunlaşdırılması və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər ərazi və əhalicə oxşar xüsusiyyətlərə malik Azərbaycan və Avstriya arasında fövqəladə halların aradan qaldırılması sahəsində səmərəli əməkdaşlıq üçün böyük potensial olduğuna əminlik ifadə ediblər. Görüşün sonunda nazir K.Heydərov xanım nazır Y. Mikl-Laytneri Azərbaycana rəsmi səfərə dəvət edib.

Həmin gün nümayəndə heyəti Avstriya Daxili İşlər Nazirliyinin Federal Təhlükəsizlik Akademiyasında olub, polis və mülki müdafiə mütəxəssislərinin yetişdirildiyi təhsil ocağı ilə yaxından tanış olub. Görüş zamanı akademiyanın nəzdindəki fakültə və tədris mərkəzləri, nüvə şüalanması xəbərdarlığı, bioloji və kimyəvi təhlükəli maddələr, mülki müdafiə kurslarının təşkili barədə məlumat verilib, gələcəkdə bu təhsil ocağı ilə Fövqəladə Hallar Nazirliyinin Akademiyası arasında əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.

Vyana Peşəkar Yanğından Mühafizə Briqadasında keçirilən görüşdə nümayəndə heyətinə Vyana şəhərində yanğından mühafizə xidmətinin təşkili barədə məlumat verilib, istifadə olunan texniki vasitələr, yanğınsöndürmə maşınları və vasitələri, qurğular və maddi-texniki baza haqqında ətraflı məlumat verilib.

Sentyabrın 18-də fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun Avstriyaya ilk rəsmi səfəri başa çatıb. Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov görüşlərdə iştirak edib.

Категория: ежедневные новости | Добавил: N_E_O | Теги: Azərbaycanın fövqəladə hallar nazir
Просмотров: 368 | Загрузок: 0 | Комментарии: 1 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
avatar
 


Время


ОНЛАЙН ФИЛИМЫ


Новости


Поиск


Друзья сайта
  • Diadora Qadın Dünyası
  • Pw-AnGeLs.Clan.Su